Millinin legionerlərindən üçü gəldi, ikisi də sabah gələcək

Martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, ölkə xaricində çıxış edən futzalçılardan Eduardo Borges, Vassura və Bolinya artıq komandanın düşərgəsindədir.

Onlar artıq məşqlərdə iştirak edirlər. Qalo və Rafael Vilela milliyə sabah qoşulacaqlar.

Dünənki məşqdə qapıçı Emin Kürdov zədələnib. Onun Moldova ilə oyunda komandaya kömək edib-etməyəcəyi tibbi müayinədən sonra müəyyənləşəcək.