Azərbaycan millisi ilk oyunda Rusiya ilə heç-heçəyə razılaşdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün Avropa çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Komanda.az xəbər verir ki, milli Rusiya yığması ilə qarşılaşıb. Saat 18:00-da start götürən qarşılaşma “Krasnodar” Akademiyasının 5-ci meydanında keçirilib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

1-ci qrupda mübarizə aparan Azərbaycan millisinin digər rəqibləri isə İrlandiya və Rumıniyadı. İrlandiya bu görüşdə 5 cavabsız qolla qalib gəlib.

Yığmamız növbəti oyununu martın 23-də İrlandiya komandasına qarşı keçirəcək.

AÇ-2019 elit-raund mərhələsi, 1-ci qrup

20 mart

Rusiya – Azərbaycan 0:0
Baş hakim
: Adrien Jakottet (İsveçrə)
Baş hakimin köməkçiləri: Vital Jobin (İsveçrə), Balaş Şert (Macarıstan)
Dördüncü hakim: Adam Farkas (Macarıstan)

Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rauf Hüseynli, 7. Turan Vəlizadə, 8. Şakir Seyidov, 10. Kamran Quliyev, 11. Elvin Cəfərquliyev, 15. Vüsal Məsimov, 19. Tural Bayramov, 23. Musa Qurbanlı, 24. Elnur İbrahimov.
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samiqullin, 2. Rüstəm Nuruyev, 6. İdris İnqilablı, 9. Murad Mahmudov, 14. Zahid Mərdanov, 20. Sərhat Taşdemir, 21. Zamiq Əliyev.
Baş məşqçi: Vüqar Məmməd.
Rusiya: 12. Anton Şitov, 3. İlya Martınov, 4. Aleksandr Miyaylov, 5. Pavel Maslov, 6. Vladimir Moskviçev, 8. Nail Umyarov (k.), 9. Həmid Ağalarov, 10. Danila Yanov, 11. Vladislav Karapuzov, 17. Turqay Möhbalıyev, 19. Danil Prutsev.
Ehtiyat oyunçular: 1. Maksim Borisko, 2. Artyom Gürcan, 13. Danila Proşlyakov, 14. İlya Qomanyuk, 15. Rail Abdulin, 16. Mixail Ageyev, 18. Dmitri Molçanov, 20. Aleksandr Çernikov.
Baş məşqçi: Andrey Qordeyev.