Azərbaycan millisinin üzvü yeni müqavilə imzaladı

Azərbaycan millisinin üzvü Pavel Paşayev şərəfini qoruduğu “Aleksandriya” klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İmzalanan yeni müqavilənin müddəti 1 ildir.

Paşayev 2017-ci ildən “Aleksandriya”nın uğurları üçün çalışır.