Azərbaycan millisinin üzvü darmadağını kənardan izlədi

Futbol üzrə İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” klubu da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Dons” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbəylə ayrılıb – 4:0.

Serhat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Piterboro Yunayted” 5 turdan sonra 7 xalla 24 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button