Azərbaycan millisinin daha bir rəqibi beynəlxalq turnirdə

Futzal üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda yer alan Moldova yığması beynəlxalq turnirdə iştirak edəcək.

Komanda.az xəbər verir ki, rəqibimiz Belarusda sentyabrın 23-də meydan sahibləri, 24-də isə Latviya yığması ilə qarşılaşacaq.

Baş məşqçi Vladimir Busatıy 14 oyunçuya dəvət göndərib:

Qapıçılar: Aleksey Kapsamun (Dinamo), Artem Kuban (U-19);

Oyunçular: Andrey Neqara, Sergey Nikolayçuk (hər ikisi Dinamo), Kristian Krasnov (Klik Media), Aleksand Çımbalist, Konstantin Niça (hər ikisi Balkan Farmasyutikals), Konstantin Burdujel, Sergey Takot, Kristian Obade, Andrian Luşka (Yunayted Qalaç), Konstantin Qurjiy (Olimpiya), İon Anton (Autoberqamo), Yulian Kojokaru (İnformatika).

Qeyd edək ki, millimiz Moldova ilə oktyabrın 23-də, saat 20:00-da. Bakı İdman Sarayında qarşılaşacaq.