Azərbaycan millisi Yunanıstanda hazırlıq keçəcək

Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində təlim-məşq toplanışı və rəsmi oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.

Oyunların təqvimi və təlim-məşq toplanışında iştirak edəcək futbolçuların siyahısı barədə əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button