Millimiz Türkiyəyə də uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində sonuncu oyuunu keçirib.

Komanda.az xəbər verir ki, millimiz qrup mərhələsinin son turunda Türkiyə yığması ilə qarşılaşıb. 2:6 hesabıyla uduzan komandamız mübarizəni dayandırıb.

Xatırladaq ki, futbolçularımız ilk turda Rusiya yığması ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatsa da, penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. İkinci turda isə millimiz İspaniya yığmasına 0:6 hesabı ilə məğlub olub.

Beləcə, Azərbaycan yığması A Divizionunda 2-ci qrupu sonuncu pillədə başa vurub. İspaniya maksimum nəticəylə 1-ci, Rusiya 4 xalla 2-ci, Türkiyə isə 3 xalla 3-cü olub.