Millimiz Almaniya yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb.

Hüseyn Axundovun dubl etdiyi oyunda millimzin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurub.

Komandamız seçmə mərhələdə növbəti oyununu sabah İspaniya millisinə qarşı keçirəcək. Yığma ilk oyunda İtaliyaya 3:7 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button