Latviya millisində yeni baş məşqçi

Futbol üzrə Latviya millisinin yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, yığmanın “sükan”ı Slavişa Stoyanoviçə tapşırılıb. Bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 49 yaşlı sloveniyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Stoyanoviçin son iş yeri Bolqarıstanın “Levski” klubu olub. O, yanvarın 21-dən işsiz idi.