Milli üzvünü komandada saxladı – “Qəbələ”nin rəqibi

“Qəbələ”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Fehervar” (Macarıstan) futbolçusu Stopira ilə müqavilənin müddətini uzadıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kabo-Verde millisinin üzvü ilə bir illik yeni müqavilə imzalanıb.

34 yaşlı müdafiəçi 2012-ci ildən “Fehervar”da çıxış edir.

“Qəbələ” “Fehervar”la ilk oyun iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Bizi Telegramda izləyin