Milli üzvü öz transferinə pul qoyuluşu etməkdə ittiham olunur

İspaniyanın “Atletiko” klubunun futbolçusu Kiran Trippyer haqqında mərc oyunlarında iştirakla əlaqədar araşdırmaya start verilib.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

29 yaşlı müdafiəçinin mərc oyunlarında iştirak etdiyinə dair ittihamlar var. İddiaya görə, o, 2019-cu ilin yayında “Tottenhem”dən Madrid təmsilçisinə keçərkən öz transferinə pul qoyuluşu edib.

Trippyer isə bu ittihamları qəbul etmədiyini bildirib. Təcrübəli futbolçu düşünür ki, kimlərsə onun adını bu cür xoşagəlməz hadisədə hallandırmaq istəyir:

“Peşəkar futbolçu karyeram boyunca heç bir vaxt futbola aid hansısa mərc etməmişəm. Başqa birinin vasitəsilə də heç vaxt mərc yolu ilə maddi gəlir əldə etməmişəm”.

Müdafiəçiyə qarşı irəli sürülən ittiham təsdiqini tapsa, onun bir neçə ay müddətinə futboldan kənarlaşdırılması gözlənilir. İngiltərə millisinin üzvünə mayın 18-nə qədər günahsız olduğunu sübuta yetirməsi üçün vaxt verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button