Milli üzvü “Lester”dən ayrıldı

İngiltərənin “Lester” klubu yarımmüdafiəçisi Bartoş Kapustka ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Polşalı futbolçu ölkəsinin “Legiya” klubuna transfer olunub. 23 yaşlı yarımmüdafiəçi Varşava təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. Polşa yığmasının da üzvü olan futbolçu yeni komandasında 67 nömrəli formanı geyinəcək.

“Krakoviya”nın yetirməsi olan Kapustka “Lester”ə 2016-cı ildə transfer olunmuşdu. Lakin o, Premyer Liqa təmsilçisində heyətə düşməyi bacarmayıb.