Milli üzvü A Seriyasında klubunu dəyişdi

İtaliyanın “Verona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”nın yarımmüdafiəçisi Ebrima Kollini heyətinə qatıb.

Bu barədə “Verona”nın rəsmi saytı məlumat yayıb. 20 yaşlı futbolçu satınalma şərti ilə bir illik icarərəyə götürülüb.

“Atalanta”nın öz yetirməsi olan Ebrima, bu klubun əsas komandasında cəmi 5 rəsmi oyun keçirib. Gənc yarımmüdafiəçi 2019-cu ildən Qambiya yığmasının da formasını geyinir.