Milli üzvləri testdən keçdi

Bakı Olimpiya stadionunun süni meydançasında 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərindən fiziki test normativləri götürülüb.

Komanda.az xəbər verir ki, aşağı yaş qrupu üzrə yığma komandaların fiziki hazırlıq üzrə məşqçisi Vladimir Mrdakoviç tərəfindən keçirilən və iki gün davam edən testlər zamanı futbolçuların güc, dözümlülük, koordinasiya və hündürə tullanmaq keyfiyyətləri yoxlanılıb.

Qeyd edək ki, U 19 millimiz təlim-məşq tolanışı üçün yanvarın 18-dən 28-dək Antalyada olacaq. Millimiz Antalya şəhərində iki yoxlama oyunu keçirəcək.