Milli üzvləri girov götürüldü

Nigeriyada iki futbolçu kimliyi bilinməyən silahlı adamlar tərəfindən girov götürülüb.

Komanda.az xəbər verir ki, bu barədə yerli mətbuata Nigeriya polisindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nigeriya millisinin da üzvü olan Dayo Ojo və Benjamin İluyomade cinayətkarlar tərəfindən qaçırılıb. Onlar ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılıblar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) tələb ediblər.

Polis hazırda hər iki oyunçunun azad olunması üçün əməliyyata başladıqlarını bəyan edib.