“Səbail”in növbəti rəqibi “Sabah” oldu

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Səbail” klubu daha bir yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv “Sabah”la qarşılaşacaq. Oktyabrın 11-də, “Bank Respublika Arena”da keçiriləcək görüş saat 16:00-da start götürəcək.

“Səbail” bundan əvvəlki yoxlama oyununda “Sumqayıt”ı məğlub etmişdi – 3:0.