Milli komandada yeni baş məşqçi

Futbol üzrə Fil Dişi Sahili yığmasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən komanda Patris Bomelə tapşırılıb.

Bu barədə yerli futbol futbol federasiyasının rəsmi saytı məlumat yayıb. Lakin 41 yaşlı fransalı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Bomel baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilən İbrahim Kamaranı əvəz edib.