Milli komandada yeni baş məşqçi

Futbol üzrə Səudiyyə Ərəbistanı yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, sözügedən ölkənin futbol federasiyasının rəhbərliyi bu postu Erve Renara həvalə edib.

Fransalı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

50 yaşlı məşqçi daha öncə Afrikada Zambiya, Anqola, Fil Dişi Sahili və Mərakeş yığmalarını çalışdırıb. O, iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.