Millətlər Liqasının ən güclüsü – Portuqaliya!

Bu gün UEFA Millətlər Liqasının qalibi bəlli olub.

Komanda.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi Hollandiya ilə qarşılaşıb. Portu şəhərində keçirilən qarşılaşmanı ispaniyalı referi Alberto Undiano Malyenko idarə edib. Oyunun taleyini isə turnirə ev sahibliyi edən portuqalların matçın sonlarına yaxın vurduqları yeganə qol həll edib. Beləcə, tarixdə ilk dəfə keçirilən UEFA Millətlər Liqasının qalibi Portuqaliya yığması olub.

Final matçından əvvəl isə turnirin bürünc medalçısı bilinib. 3-cü yer uğrunda keçirilən görüşdə İngiltərə millisi İsveçrə ilə üz-üzə gəlib. Rumıniyalı hakim Ovidiu Haçeqanın idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İngiltərə millisi bu turnirin bürünc medallarını qazanıb.

UEFA Millətlər Liqası

9 iyun

3-cü yer uğrunda matç

İsveçrə – İngiltərə 0:0 (penaltilər – 5:6)
Baş hakim:
Ovidiue Haçeqan (Rumıniya)
Gimaraynş. “Afonsu Enrikeş” stadionu

Final matçı

Portuqaliya – Hollandiya 1:0
Qol: Qonsalo Qedeş, 60.
Baş hakim:
Alberto Undiano Malyenko (İspaniya)
Portu, “Draqau”.