İspaniya evdə uduzdu, İsrail və Yunanıstan pley-offa vəsiqə qazandı

UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, dünən A, C və D Liqaları çərçivəsində ümumilikdə 10 oyun keçirilib.

A Liqasında Niderland yığması bu tur final mərhələsinə vəsiqəni təmin edib. “Narıncılar” buna Varşavada Polşaya qalib gəlməklə nail olublar. Qrupun digər matçında Belçika Uelsi məğlub yola salıb.

1-ci qrupda Fransa millisi evdə Avstriyanı 2 cavabsız qolla yenib. Danimarka yığması isə Xorvatiyada məğlubiyyətə üzülüb.

Gecənin maraqla gözlənilən matçlarından biri C Liqasında olub. Türkiyə yığması Lüksemburqu qəbul edib. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Ay-ulduzlular” sona bir tur qalmış B Liqasına vəsiqəni təmin ediblər.

Azərbaycan millisinin yer aldığı 3-cü qrupda Qazaxıstan yığması da Belarusa qalib gəlməklə B Liqasına yüksəlib. Yığmamız isə səfərdə Slovakiyanı məğlub etməklə qrupda ikinci pilləyə yüksəlib.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirmişdi. Bu azmış kimi, İngiltərə yığması bu turda da İtaliyaya uduzmaqla B Liqasına düşüb. Macarlar isə Almaniyada da qələbə qazanmaqla dördlər finalına bir qədər də yaxınlaşıblar.

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə ev oyunundan qalib ayrılmaqla A Liqasına yüksəlib. Finlandiya isə Rumıniya ilə sülhə razılaşıb.

Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı məğlub etməklə B Liqasında yerini təmin edib. Bolqarıstan isə Cəbəllütariqlə matçda darmadağına imza atıb.

Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edirdi. Amma estonlar buna qələbə ilə nail olublar.

A Liqasının 2-ci qrupunda İspaniya İsveçrəni, Çexiya Portuqaliyanı qəbul edib. Pireneylilər doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşiblər. Səfərdə Çexiya ilə qarşılaşan portuqaliyalılar isə darmadağına seviniblər.

B Liqasının 1-ci qrupunda Ukrayna səfərdə Ermənistanla, İrlandiya Şotlandiya ilə qarşılaşıb. Ukrayna yığması 5 cavabsız qola sevinibsə, şotlandlar çətinliklə qalib gəliblər.

2-ci qrupda 1 oyun baş tutub. İsrail evdə Albaniyanı sınağa çəkib. Meydan sahibləri rəqibini məğlub etməklə həm də adını pley-offa yazdırıb.

4-cü qrupda Norveç səfərdə Sloveniya ilə, İsveç Serbiya ilə üz-üzə gəlib. Hər iki oyunda meydan sahibləri qələbəyə sevinən tərəf olub.

Nəhayət, C Liqasının 2-ci qrupunda Şimali İrlandiya evdə Kosovoya qalib gəlibsə, Kipr də Yunanıstanı məğlub yola salıb. Məğlubiyyətə baxmayaraq, yunanlar həm pley-offa, həm də B Liqasına vəsiqəni təmin ediblər.

A Liqasında İspaniya İsveçrə ilə, Çexiya isə Portuqaliya ilə qarşılaşacaq.

Ərazisi Rusiya tərəfindən işğala məruz qalan Ukraynanın milli komandası isə Ermənistan yığmasının qonağı olacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur


22 sentyabr

A Liqası, 1-ci qrup

Fransa – Avstriya 2:0
Qol
: Mbappe, 56. Jiru, 65.

Xorvatiya – Danimarka 2:1
Qol
: Sosa, 49. Mayer, 79 – Eriksen, 77.

Xal: Xorvatiya – 10. Danimarka – 9. Fransa – 5. Avstriya – 4.

A Liqası, 4-cü qrup

Polşa – Niderland 0:2
Qol: Qakpo, 13. Berqveyn, 60.

Belçika – Uels 2:1
Qol: De Bruyne, 10. Batşuayi, 37 – Mur, 50.

Xal: Niderland – 13. Belçika – 10. Polşa – 4. Uels – 1.

C Lqası, 1-ci qrup

Türkiyə – Lüksemburq 3:3
Qol: C.Ünder, 16-pen. Şanot, 39-öz qapısına. İ.Yüksək, 87 – Martins, 8. Sinani, 37. Rodriqes, 69.

Litva – Farer adaları 1:1
Qol
: Slivka, 44 – Andreasen, 22.

Xal: Türkiyə – 13. Lüksemburq – 8. Farer adaları – 5. Litva – 1.

C Lqası, 3-cü qrup

Qazaxıstan – Belarus 2:1
Qol
: Qabışev, 29. Zaynutdinov, 79 – Savitski, 45+3.

Slovakiya – Azərbaycan 1:2
Qol
: E.Yirka, 90+3-pen – R.Dadaşov, 44. H.Haqverdi, 90+5.

Xal: Qazaxıstan – 13. Azərbaycan – 7. Slovakiya – 6. Belarus – 2.

D Liqası, 1-ci qrup

Latviya – Moldova 1:2
Qol: İkaunikes, 55 – Revenko, 26. Nikolaesku, 45.

Lixtenşteyn – Andorra 0:2
Qol
: Rosas, 4. Çervos, 80.

Xal: Latviya – 12. Moldova – 10. Andorra – 7. Lixtenşteyn – 0.

23 sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 0:1
Qol
: Salai, 17.

İtaliya – İngiltərə 1:0
Qol
: Raspadori, 68.

Xal: Macarıstan – 10. İtaliya – 8. Almaniya – 6. İngiltərə – 2.

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina – Monteneqro 1:0
Qol
: Dəmiroviç, 45+1.

Finlandiya – Rumıniya 1:1
Qol
: Pukki, 12 – Tanase, 52.

Xal: Bosniya və Herseqovina – 11. Monteneqro – 7. Finlandiya – 5. Rumıniya – 4.

C Liqası, 4-cü qrup

Gürcüstan – Şimali Makedoniya 2:0
Qol
: Miyovski, 35-öz qapısına. Kvaratsxeliya, 64.

Bolqarıstan – Cəbəllütariq 5:1
Qol
: Antov, 23. Despodov, 36. Kirilov, 52. Stefanov, 55. Petkov, 81 – Çipolina, 26.

Xal: Gürcüstan – 13. Şimali Makedoniya – 7. Bolqarıstan – 6. Cəbəllütariq – 1.

D Liqası, 2-ci qrup

Estoniya – Malta 2:1
Qol
: Sappinen, 45+6-pen. Anier, 86 – Teuma, 51-pen.

Xal: Estoniya – 9. Malta – 6. San Marino – 0.

24 sentyabr

A Liqası, 2-ci qrup

İspaniya – İsveçrə 1:2
Qol
: Alba, 55 – Akanji, 21. Embolo, 58.

Çexiya – Portuqaliya 0:4
Qol
: Dalot, 33; 52. B.Fernandes, 45+2. Jota, 82.

Xal: Portuqaliya – 10. İspaniya – 8. İsveçrə – 6. Çexiya – 4.

B Liqası, 1-ci qrup

Ermənistan – Ukrayna 0:5
Qol
: Timçuk, 22. Zubkov, 57. Dovbik, 69; 84. İqnatenko, 81.

Şotlandiya – İrlandiya 2:1
Qol
: Hendri, 50. Kristi, 81-pen – Eqan, 18.

Xal: Şotlandiya – 12. Ukrayna – 10. İrlandiya – 4. Ermənistan – 3.

B Liqası, 2-ci qrup

İsrail – Albaniya 2:1
Qol
: Vaysmann, 46. Baribo, 90+2 – Uzuni, 88.

Xal: İsrail – 8, İslandiya – 3, Albaniya – 1, Rusiya – 0

B Liqası, 4-cü qrup

Sloveniya – Norveç 2:1
Qol
: Şporar, 69. Şeşko, 81 – Haland, 47.

Serbiya – İsveç 4:1
Qol
: Mitroviç, 18; 45+1; 50. Lukiç, 70 – Klaesson, 15.

Xal: Norveç – 10. Serbiya – 10. Sloveniya – 5. İsveç – 3.

C Liqası, 2-ci qrup

Şimali İrlandiya – Kosovo 2:1
Qol
: Uayt, 82. Macennis, 90+3 – Muriqi, 58.

Kipr – Yunanıstan 1:0
Qol
: Tsionis, 18.

Xal: Yunanıstan – 12. Kosovo – 6. Şimali İrlandiya – 5. Kipr – 5.