UEFA Millətlər Liqasında yarımfinal cütləri müəyyənləşdi

Futbol üzrə UEFA Millətlər Liqasının final mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə 2020/21 mövsümündə A liqasında qrup qalibi olan 4 komanda yarımfinal cütləri təşkil edib.

2021-ci ilin oktyabrında İtaliyada baş tutacaq həlledici raundun ilk oyununda meydan sahibinin yer aldığı cüt qüvvəsini sınayacaq. Bu görüş ayın 6-da keçiriləcək.

Ertəsi gün digər yarımfinal oyunu təşkil olunacaq. Oktyabrın 10-da isə 3-cü yer uğrunda qarşılaşma və final oynanılacaq.

Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya olub.

UEFA Millətlər Liqası
Yarımfinal

6 oktyabr

İtaliya – İspaniya

7 oktyabr

Belçika – Fransa

10 oktyabr

3-cü yer uğrunda oyun
Final