Millətlər Liqası: Azərbaycan millisi Slovakiyadan qələbə ilə dönür

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığması səfərdə Slovakiya millisi ilə qarşılaşıb. Slovaklar turnir cədvəlinin zirvəsində qərarlaşan Qazaxıstana yaxınlaşmaq üçün bu oyunda ancaq qələbəyə köklənmişdi. Hesabında 4 xal olan Azərbaycan millisinin bu görüşdə qələbə qazanmaq şansı çox olmasa da, Canni De Byazinin yetirmələrinin ən azı bir xal üçün mübarizə aparacağı gözlənilən idi. Qarşılaşmada hesabı Azərbaycan yığması açsa da, meydan sahibləri əlavə vaxtda penalti sayəsində hesabı bərabərləşdiriblər. Amma yekunda komandamız daha bir qol vuraraq, qələbə qazanıb.

Qrupun digər oyununda lider Qazaxıstan Belarusu qəbul edib və qələbə qazanaraq B Liqasına vəsiqəni təmin edib.

UEFA Millətlər Liqası, 5-ci tur
C Liqası, 3-cü qrup

22 sentyabr

Qazaxıstan – Belarus 2:1
Qol
: M.Qabışev, 29. B.Zaynutdinov, 79 – P.Savitski, 45+3.

Slovakiya – Azərbaycan 1:2
Qol: E.Yirka, 90+3-pen – R.Dadaşov, 44. H.Haqverdi, 90+5.
Hakimlər: Uilyam Kollam, Devid Makgiçi, Frensis Konnor, Doland Robertson (hamısı Şotlandiya)

Slovakiya: 1. Marek Rodak, 5. Lübomir Şatka, 7. Kristian Vallo, 8. Laslo Beneş, 9. Robert Bojenik, 14. Milan Şkrinyar (k), 16. David Hantsko, 17. Martin Reqali, 18. Erik Yirka, 21. Matuş Bero, 22. Stanislav Lobotka.
Ehtiyat oyunçular: 12. Frantişek Plax, 23. Dominik Takaç, 2. Peter Pekarik, 3. Vernon De Marko, 4. Martin Valyent, 6. Miroslav Kaçer, 10. Adam Zrelak, 11. Samuel Mraz, 13. Patrik Hroşovski, 15 Morbert Qyomber, 19. David Duriş, 20. Kristian Herts.
Baş məşqçi: Françesko Kaltsona.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 20. Riçard Almeyda, 21. Ozan Can Kökçü.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 5. Cəlal Hüseynov, 7. Anatoli Nuriyev, 10. Musa Qurbanlı, 13. Abbas Hüseynov, 16. Elvin Camalov, 17. Toral bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni De Byazi.

Xal: Qazaxıstan – 13. Azərbaycan – 7. Slovakiya – 6. Belarus – 2.