Romada 8 qolluq heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Atalanta” doğma meydanda “Venetsiya” ilə üz-üzə gəlib və növbəti qələbəsini qazanıb. “Fiorentina” “Sampdoriya”nı məğlub yola salıb. Uğursuz mövsüm keçirən “Yuventus” isə səfərdə “Salernitana” ilə qarşılaşıb. Turin təmsilçisi də inamlı qələbəyə sevinib. “Verona” – “Kalyari” matçında isə qapılara qol vurulmayıb.

Lider “Napoli” “Sassuolo”nun qonağı olub və xal itirib. “Milan” isə səfərdə “Cenoa”nı böyük hesabla məğlub etməklə liderlə aradakı xal fərqini azaldıb. Son çempion “İnter” doğma meydanda “Spetsiya”nı məğlub edib. “Roma” isə “Bolonya” ilə səfər oyununda məğlubiyyətə üzülüb.

Sonuncu oyun günündə iki görüş baş tutub. Dörd qolun qeydə alındığı “Torino” – “Empoli” matçında qalib müəyyənləşməyib. Daha məhsuldar alınan “Latsio” – “Udineze” görüşündə də tərəflər hərəyə 4 qol vurduğu halda 1 xalla kifayətləniblər.

İtaliya A Seriyası, 15-ci tur

30 noyabr

Atalanta – Venetsiya 4:0
Qol
: Paşaliç, 7; 12; 67. Kopmeyners, 57.

Fiorentina – Sampdoriya 3:1
Qol
: Kallexon, 23. Vlahoviç, 32. Sottil, 45 – Qabbyadini, 15.

Salernitana – Yuventus 0:2
Qol
: Dibala, 21. Morata, 70.

Verona – Kalyari 0:0

1 dekabr

Bolonya – Roma 1:0
Qol
: Svanberq, 35.

İnter – Spetsiya 2:0
Qol
: Qalyardini, 36. L.Martines, 58-pen.

Cenoa – Milan 0:3
Qol
: İbrahimoviç, 10. Messias, 45+2; 61.

Sassuolo – Napoli 2:2
Qol
: Skamakka, 72. Ferrari, 89 – F.Ruis, 51. Mertens, 60.

2 dekabr

Torino – Empoli 2:2
Qol
: Pobeqa, 10. Pyaça, 15 – Romanyoli, 34. La Mantiya, 72.

Latsio – Udineze 4:4
Qol
: İmmobile, 34. Pedro, 51. Saviç, 56. Açerbi, 79 – Beto, 17; 32. Molina, 44. T.Arslan, 90+9.

Bombardir: Çiro İmmobile (Latsio) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button