İbrahimoviç məşqlərə qoşuldu

“Milan”ın zədəli futbolçusu Zlatan İbrahimoviç sağalıb.

Komanda.az xəbər verir ki, 39 yaşlı hücumçu “qırmızı-qaralar”ın son məşqində komanda ilə birlikdə çalışıb. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Zlatan yeni sağaldığı üçün “Milan”ın A Seriyasının 17-ci turu çərçivəsində “Torino” ilə qarşılaşacağı oyunda iştirak etməyəcək. Görüş bu gün saat 23:45-də start götürəcək.

İbrahimoviç “Milan”la sonuncu dəfə ötən il noyabrın 22-də oyuna çıxıb. İsveçli hücumçu bu mövsüm A Seriyasında 6 matçda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button