“Milan” onu 5 ay gözlədi

“Milan”ın zədəli futbolçusu Mattia Kaldara sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi artıq komanda ilə birgə məşqlərə başlayıb.

2018-ci ilin avqustunda “Milan”a keçən Kaldara, 2019-cu il mayın 2-də zədələnmiş və o tarixdən bəri futboldan uzaq qalmışdı.