İnzaqinin yeni iş yeri məlum oldu

“Milan”ın sabiq baş məşqçisi Filippo İnzaqinin yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 45 yaşlı mütəxəssis İtaliyanın “Benevento” klubunu çalışdıracaq. Bu barədə B Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. İnzaqi ilə 2021-ci ilin yayına qədər müqavilə imzalanıb.

Daha əvvəl “Milan” və “Venetsiya” kimi klublarda baş məşqçilik edən İnzaqi, son olaraq İtaliyanın “Bolonya” komandasını çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button