“Milan”ın müdafiəçisi “Barselona”nın hədəfində

“Ayaks”ın 19 yaşlı futbolçusu Matteys de Liqti heyətinə qatmaq istəyən, amma bu istəyinə çatmayan “Barselona”nın növbəti hədəfi İtaliyadandır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu, “Milan”ın 24 yaşlı müdafiəçisi Alessio Romanyolini heyətində görmək istəyir. Katalonların Alessio üçün “qırmızı-qaralar”a 40 milyon avro təklif etməyə hazırlaşdığı bildirilir.

“Milan” italiyalı futbolçunu komandada saxlamaq istəsə də, Romanyolinin “Barselona”ya transfer olunmağa müsbət yanaşdığı deyilir.

2015-ci ildən “Milan”ın şərəfini qoruyan Romanyoli, son mövsümdə iştirak etdiyi 41 oyunda 2 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.