“Milan”ın kapitanı İngiltərə nəhənglərinin hədəfində

“Milan”ın kapitanı Alessio Romanyoli  İngiltərə və İtaliya klublarının transfer hədəfindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bu mövsüm A Seriyasında göstərdiyi oyunla diqqətləri üzərinə çəkən 24 yaşlı futbolçu, “Mançester Yunayted”in və “Çelsi”nin əsas hədəfidir. Hər iki Premyer Liqa klubunun mövsümün sonunda müdafiəçi üçün rəsmi təklif göndərəcəyi bildirilir. Uzun müddətdir stopper axtarışında olan “qırmızı şeytanlar”ın futbolçu üçün daha yüksək məbləğdə təklif hazırladığı deyilir.

Bundan başqa, “Milan”ın əzəli rəqiblərindən olan “Yuventus”un da italiyalı futbolçu ilə yaxından maraqlandığı deyilir.

“Milan”la 2022-ci ilədək müqaviləsi olan müdafiəçi, bu mövsüm iştirak etdiyi 28 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button