Maldini “Milan”ın transfer hədəflərindən danışdı

“Milan”ın idman direktoru Paolo Maldini transfer hədəfləri ilə bağlı danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Maldini, “Real”ın futbolçusu Luka Modriçlə maraqlanmadıqlarını deyib:

“Modriç üçün heç bir əlaqəmiz olmayıb. Onunla maraqlanmırıq. Baş məşqçi Marko Campaolo ilə gənc və təcrübəli futbolçu axtarışındayıq. İsmael Bennaser və Jordan Veretu üçün danışıqlarımız olub.

“Milan” transferdə geridə qalmış kimi görünə bilər, ancaq yay transfer pəncərəsi dövrü sentyabrın 2-də bitir. Tələsmirik. Transfer üçün bir çox şeyin bir arada olması lazımdır”.