“Milan”da yeni “9 nömrə”

“Milan”ın hücumçusu Kşiştof Pyontek forma nömrəsini dəyişib.

Komanda.az xəbər verir ki, polşalı hücumçu yeni mövsümdən 9 nömrəli forma ilə mübarizə aparacaq. Bu barədə o, rəsmi “instagram” hesabından məlumat yayıb.

Ötən mövsümdə qış fasiləsində “Milan”a keçən Pyontek, 19 nömrəli formanı geyinirdi.