İbrahimoviç karyerasını bitirir?

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç mövsümün sonunda karyerasını bitirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, İbrahimoviçin, içində koronavirusun da olduğu bəzi səbəblərə görə belə qərar aldığı bildirilir.

Bu mövsüm “Milan”la 10 oyunda iştirak edən İbrahimoviç, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

38 yaşlı hücumçu karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, “Mançester Yunayted”, PSJ kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button