“Maldini qalmağımı istəsə, mən hazıram” – İbrahimoviç

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu “qırmızı-qaralar”dakı gələcəyindən danışıb:

“Mən Zlatanam və özümü məsuliyyətli, lider kimi hiss edirəm. Komandadan ayrı qalanda sanki övladlarımdan ayrı qalmış kimi oluram.

Yeni mövsümdə “Milan”da olacam? Bilmirəm, görəcəyik. Paolo Maldini qalmağımı istəsə, mən hazıram”.

İbrahimoviç bu mövsüm “Milan”la 21 oyunda 16 qol vurub. 39 yaşlı hücumçunun klubla müqaviləsi yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button