İbrahimoviç: “Hər səhər duranda bütün bədənim ağrıyır”

“Milan”ın futbolçusu Zlatan İbrahimoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, “The Guardian” nəşrinə danışan isveçli hücumçu, 40 yaşında futbol oynamağın çətinliklərindən söz açıb:

“40 yaşdan sonra oynamaq asan deyil. Hər səhər duranda bütün bədənim ağrıyır. Lakin mənim hədəflərim var və oynamağa davam edirəm. Bilirəm ki, düz edirəm. Bacardığım müddətdə oynamağa davam edəcəm”.