“Milan”ın futbolçusu yenidən PSJ-nin hədəfində

“Milan”ın qapıçısı Canluici Donnarumma yenidən PSJ-nin hədəfindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı qolkiper cari mövsümün sonunda Paris klubuna transfer oluna bilər. Məlumata görə, fransızlar Donnarummanı azad agent kimi heyətinə qatmaq üçün yaya qədər gözləyəcək. “Milan”la müqaviləsi mövsümün sonunda başa çatacaq italiyalı futbolçu, “qırmızı-qaralar”la yeni müqavilə ilə bağlı anlaşmayıb. O, yanvardan etibarən istədiyi klubla danışıqlar apara və mövsümün sonunda azad agent olaraq yeni kluba transfer oluna bilər.

PSJ daha əvvəl də Donnarummanı heyətində qatmağa çalışmış, lakin bu transfer baş tutmamışdı.