PSJ “Milan”ın futbolçusundan əl çəkmir

“Milan”ın futbolçusu Teo Hernandes karyerasını Fransada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi ilə PSJ klubu yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, Paris təmsilçisinin qışda Teo üçün “Milan”la rəsmi danışıqlara başlayacağı bildirilib.

Bu yay transfer pəncərəsi dövründə də fransalı müdafiəçinin adı PSJ ilə hallansa da, klublar arasında danışıqlar başlamamışdı.

Teonun “Milan”la sözləşməsi 2024-cü ilin yayına qədərdir. Müdafiəçinin “transfermarkt”da dəyəri 50 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button