“Bu olsa, saçımı qırmızı və qara rəngə boyayacam” – “Milan”ın futbolçusu

“Milan”ın futbolçusu Teo Hernandes İtaliya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “La Gazetta dello Sport”a danışan müdafiəçi, özünü “Milan”da xoşbəxt hiss etdiyini deyib:

“Uzun müddət “Milan”da qalmaq istəyirəm. Özümü burda çox xoşbəxt hiss edirəm və sanki evimdəyəm.

Komandamız artıq daha da güclənib. Düşünürəm ki, belə davam etsək, Çempionlar Liqasında iştirak edə bilərik. Bu olsa, saçımı qırmızı və qara rəngə boyayacam”.