“Milan”la rəsmən vidalaşdı

“Milan”ın futbolçusu Cakomo Bonaventura komandayla vidalaşıb.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi “instagram” hesabında paylaşım edib. Bonaventura “Milan”dan ayrıldığını açıqlayıb.

“Milan”la müddəti bitən müqaviləsini yeniləməyən yarımmüdafiəçinin “Roma”ya transfer olunacağı gözlənilir.

2014-cü ildən “Milan”da çıxış edən Bonaventura, son mövsümdə A Seriyasında 29 oyunda iştirak edib.