“Milan”ın futbolçusu 3 klubun hədəfində

“Milan”ın müdafiəçisi Rikardo Rodriqes Almaniyanın üç klubunun transfer hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki,  27 yaşlı futbolçu “Herta”, “Hoffenhaym” və “Ayntraxt”ın maraq dairəsindədir. Hər üç klubun futbolçu üçün rəsmi təklif göndərməyə hazır olduğu bildirilir.

“Milan” Rodriqesi qışda PSV-yə icarəyə göndərmişdi. Onun İtaliya klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button