“Milan”ın daha bir futbolçusunda koronavirus aşkarlandı

“Milan”ın futbolçusu Brahim Dias koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı ispan futbolçunun koronavirus testi müsbət çıxıb.

Diasın səhhəti yaxşıdır və o, evdə özünü təcrid edir.

“Milan”da bir neçə gün əvvəl müdafiəçi Teo Hernandesdə koronavirus aşkarlanmışdı.