“Milan”ın futbolçusu əməliyyat olundu – 3-4 ay olmayacaq

İtaliyanın “Milan” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, sözügedən komandanın müdafiəçisi Leo Duarte sıradan çıxıb.

23 yaşlı braziliyalı futbolçunun sol ayağında sınıq aşkarlanıb. Bu üzdən də o, əməliyyat olunub. Klubun rəsmi saytının yaydığı məlumata görə, əməliyyat uğurlu alınıb. Amma Duartenin yaşıl meydanlara geri dönməsi üçün 3-4 ay lazım gələcək.

Qeyd edək ki, Leo bu yay “Flamenqo”dan 10 milyon avro qarşılığında “Milan”a transfer olunub. Gənc müdafiəçi bu mövsüm A Seriyasında 5 oyunda meydana çıxıb.