Pioli: “İbrahimoviçin meydandan qovulması oyunumuza təsir etdi”

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya kubokunda “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, 1:2 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Turnirlə vidalaşdığımız üçün çox məyusuq. Çünki kubok bizim üçün vacib idi. “Milan” hesabı qorumağı bacaran komandadır, lakin Zlatan İbrahimoviçin meydandan qovulması oyunumuza təsir etdi.

Ümumi götürəndə bərabər səviyyədə keçən bir oyun oldu. Tək fərq bizim bir futbolçumuzun olmaması idi. Meydanda futbolçu sayı bərabər olsaydı, nəticə fərqli ola bilərdi. Hesabda da irəli idik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button