“Marslı deyilik, səhv edə bilərik” – “Milan”ın baş məşqçisi

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 24-cü turunda “Verona”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Biz bir komandayıq, bəzi futbolçularımız olmasa da, komandayıq. Yaxşı oynayır, mübarizə aparırıq. Marslı deyilik, səhv edə bilərik. Çətinliklər inkişaf etməyimizə kömək oldu.

“Verona”ya qarşı çətin oyun keçirdik. Rəqib hər komandaya problem yarada biləcək gücdədir. Onlara qarşı oyunlarımız hər zaman çətin olub. Bu matçda da əziyyət çəkdik”.