Piolidən 0:3-ə şərh: “Qələbə qazanmağı çox istəyirdik”

“Milan”ın baş məşqçisi Stefano Pioli İtaliya A Seriyasının 23-cü turunda “İnter”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Pioli, 0:3 hesabıyla uduzduqları görüşü belə şərh edib:

“Balansı qoruya bilmədik. Öz işimizə inanmalıyıq, daha obyektiv olmalıyıq. Derbidə məğlub olduğumuz üçün məyusuq. Ancaq yolumuza davam etməliyik. Qələbə qazanmağı çox istəyirdik.

Son oyunlarda əlimizdən gələni edirik. Daha çox şey bacaracağımızı bilirik. Məğlubiyyətə təəssüflənirik. Ötən tur “Spetsiya” ilə oyunda pis çıxış etmişdik, ancaq bu gün yox”.