“Milan”dan qovulan məşqçi tarixə düşdü

“Milan”ın baş məşqçisi Marko Campaolo ilə yollarını ayırdığını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, italyan mütəxəssisin “Milan” karyerası antirekordla yadda qalıb. Belə ki, Campaolo “Milan”ın tarixində vəzifəsindən ən tez ayrılan baş məşqçi olub.

İyunun 19-da “Milan”a baş məşqçi təyin olunan Campaolo, sadəcə 111 gün postunda qalıb.

“Milan” A Seriyasında 7 turdan sonra 9 xalla 13-cü sırada qərarlaşıb.