“Real”dan “Milan”a doğru

“Real”ın futbolçusu Luka Yoviç karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” 22 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir. Yoviç “qırmızı-qaralar”ın yay transfer dövrü üçün əsas hədəfidir. İtaliya klubu serbiyalı futbolçunu birdəfəlik transfer etmə maddəsi ilə 2 illik icarəyə götürməyi planlaşdırır.

“Milan” Yoviçə illik 5 milyon avro məvacib təklif edir.

“Real”ın müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulan futbolçunu satmaq istədiyi bildirilir.

Yoviç keçən ilin yayından “kral klubu”nun şərəfini qoruyur.