“Roma” “Fiorentina”ya məğlub oldu

Futbol üzrə İtaliya çempionatında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, şənbə günü üç görüş baş tutub.

“Sassuolo” – “Udineze” matçında qalib müəyyənləşməyib. Səfərdə “Torino” ilə qarşılaşan “Napoli” 3 xalı tək qolla qazanıb. “Latsio” isə doğma meydanda “Sampdoriya” üzərində inamlı qələbəyə sevinib.

Bazar günü də dörd qarşılaşma baş tutub. “Salernitana” – “Kalyari” matçında qalib müəyyənləşməyib. Yeddi qolun qeydə alındığı “Venesiya” – “Bolonya” matçında meydan sahibləri qələbə qazanıblar. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Atalanta” da turu qələbə ilə başa vurub.

Lider “Milan” bu turda “Verona” ilə qarşılaşıb. Milanlılar səfər matçından inamlı qələbə ilə ayrılıblar.

Turun maraqlı oyunlarından biri də “Fiorentina” ilə “Roma” arasında keçirilib. Paytaxt təmsilçisi səfər matçından xalsız dönüb.

İtaliya A Seriyası, 36-cı tur

6 may

İnter – Empoli 4:2
Qol
: Romanyoli, 40-öz qapısına. L.Martines, 45; 64. A.Sançes, 90+4 – Pinamonti, 5. Asllani, 28.

Cenoa – Yuventus 2:1
Qol
: Qudmundsson, 87. Krişito, 90+5-pen – Dibala, 48.

7 may

Torino – Napoli 0:1
Qol
: F.Ruis, 73.

Sassuolo – Udineze 1:1
Qol
: Skamakko, 6 – Naytink, 77.

Latsio – Sampdoriya 2:0
Qol
: Patrik, 41. L.Alberto, 59.

8 may

Spetsiya – Atalanta 1:3
Qol
: Verde, 30 – Muriel, 16. Djimsiti, 73. Paşaliç, 87.

Venesiya – Bolonya 4:3
Qol
: Henri, 4. Kiyine, 19. Aramu, 78. Yonsen, 90+2 – Orsolini, 45+1. Arnautoviç, 55. Şouten, 68.

Salernitana – Kalyari 1:1
Qol
: Verdi, 68-pen – Altare, 90+9.

Verona – Milan 1:3
Qol
: Faraoni, 38 – Tonali, 45+3; 50. Florensi, 86.

9 may

Fiorentina – Roma 2:0
Qol
: Qonzales, 5-pen. Bonaventura, 11.

Bombardir: Çiro İmmobile (Latsio) – 27 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button