İbrahimoviçə 1 illik müqavilə təklifi

“Milan”ın klubla müqaviləsi avqustun sonunda bitəcək hücumçu Zlatan İbrahimoviçə təklif etdiyi yeni müqavilənin detalları məlum olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar” 38 yaşlı futbolçuya növbəti mövsümün sonunadək nəzərdə tutulan müqavilə təklif edib. Yeni müqaviləyə əsasən, isveçli futbolçu klubda bir il üçün 7 milyon avro qazanacaq.

İbrahimoviçin tezliklə qərarını verəcəyi bildirilir.

Futbolçu yanvar ayından “Milan”ın uğurları üçün çalışır.