“Milan” İmranı istəyir

İtaliyanın “Milan” klubu yayda heyətini “Nant”ın futbolçusu ilə gücləndirmək niyyətindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”, “Nant”ın yarımmüdafiəçisi İmran Luzanı heyətinə qatmaq niyyətindədir. Klubun 20 yaşlı futbolçu üçün hərəkətə keçdiyi və “Nant”a 10 milyon avro ödəməyə hazır olduğu bildirilir.

“Nant”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulan fransalı futbolçu, cari mövsümdə iştirak etdiyi 28 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button