“Milan”dan “sambaçı” üçün 40 milyon avroluq təklif

Braziliya milli komandasının heyətində Amerika kubokunda göstərdiyi oyunla diqqətləri üzərinə çəkən və yığmanın bombardiri olan Everton karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Qremio”nun 23 yaşlı futbolçusu “Milan”ın transfer hədəfindədir.

“Qırmızı-qaralar”ın “sambaçı” üçün 40 milyon avroluq təklif hazırladığı bildirilir. Cinah futbolçusunun təzminat məbləği 60 milyon avro olsa da, onun “Milan”da oynamağa müsbət yanaşdığı deyilir.

Klubla 2022-ci ilədək müqaviləsi olan Everton, son mövsümdə iştirak etdiyi 12 oyunda 6 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.