“Milan”dan ayrıldı, Xorvatiyaya yollandı

Xorvatiyanın “Hayduk” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Split təmsilçisi “Milan”dan Stefan Simiçi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

2013-cü ildən “Milan”da çıxış edən Simiç, son mövsümü icarə əsasında “Frozinone” klubunda keçirib. Müdafiəçi bir dəfə də Çexiya millisinə dəvət alıb.